Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir

Posted by

Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir

Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir

 

 

Bakıda “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir

Noyabrın 25-də Bakıda Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü ilə bağlı “16 günlük fəallıq” kampaniyası çərçivəsində “Qadınlara səlahiyyət, cəmiyyətə tərəqqi” mövzusunda konfrans keçirilir.

 

AzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.

 

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətin ictimai həyatında qadınların rolundan danışaraq bildirib ki, hər bir inkişaf etmiş ölkə kimi, Azərbaycanda da digər sahələrlə yanaşı, insan hüquqları, xüsusilə qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli şəkildə siyasət həyata keçirilir. Bu, dövlətimizin qanunvericiliyində öz əksini tapıb. Komitə sədri 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu qeyd edib.

 

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitənin (CEDAW) vitse-prezidenti Pramila Patten, BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk konfransın əhəmiyyətini qeyd ediblər.

 

Bildirilib ki, noyabrın 25-dən dekabrın 10-dək davam edəcək kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

 

Konfrans seksiyalarda öz işini davam etdirir.

 

AzerTac.az