ABŞ Dövlət Departamenti: Son insident Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın zəruriliyini bir daha göstərir

Posted by

ABŞ Dövlət Departamenti: Son insident Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın zəruriliyini bir daha göstərir“Biz tərəfləri diqqəti sülh danışıqları üzərində cəmləşdirməyə çağırırıq”

ABŞ Dövlət Departamenti: Son insident Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın zəruriliyini bir daha göstərir

“Biz, əlbəttə ki, 12 Noyabr tarixində vurulan helikopterin ekipajının – həlak olmuş 3 pilotun cəsədlərinin çıxarılması üzrə əməliyyatları izləyirik”. APA-nın xəbərinə görə, bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke deyib.

 

C. Ratke bildirib ki, bu insident və onun nəticələri bir daha Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmağın nə qədər zəruri olduğunu göstərir: “Biz tərəfləri təmkin nümayiş etdirməyə, vəziyyəti gərginləşdirən addımlardan çəkinməyə çağırırıq. Biz həm də tərəfləri öz diqqətlərini sülh danışıqları üzərində cəmləşdirməyə çağırırıq. Həmsədr ölkə kimi ABŞ tərəflərə kömək etməyə hazırdır”.