Uşaqların icbari dispanserizasiyası ilə bağlı Bakıda xüsusi sorğular aparılacaq

Posted by

Uşaqların icbari dispanserizasiyadan keçirilməsi prosesinin ümumi qiymətləndirilməsi məqsədi ilə Bakıda 1000 şagird, 400 valideyn və 50 həkim-pediatr arasında xüsusi sorğuların aparılması işinə başlanılıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) AzərTAc-a verilən məlumata görə, sorğu vasitəsilə uşaqların dispanserizasiya tədbirlərinə cəlb olunması vəziyyəti, aparılmış müalicəvi və tibbi diaqnostik müayinələrin çeşidi və ardıcıllığı öyrəniləcək. Eyni zamanda, qeyri-yoluxucu xəstəliklərin profilaktikası baxımından uşaqlara və onların valideynlərinə sağlam qidalanma, fiziki fəallıq, zərərli vərdişlər və reproduktiv sağlamlıqla bağlı məsləhətlərin verilməsi də qiymətləndiriləcək. Bundan başqa, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” barədə əhalinin və həkim-pediatrların məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrəniləcək.

Sorğuların nəticələri İSİM tərəfindən təhlil olunacaq, problemlərin aradan qaldırılması və növbəti illər üçün bu prosesin təkmilləşdirilməsi məqsədi ilə müvafiq tövsiyələri əks etdirən hesabat hazırlanacaq.

AzərTac.az