İrji Lukaş: “CTE-2014” bütün dünyada ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətli hadisədir

Posted by

“Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2014”) Bakı Beynəlxalq sərgisində ölkəmiz ilk dəfədir təmsil olunur. Bu sərgi təkcə Xəzəryanı və Qafqaz regionunda deyil, həm də bütün dünyada ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm hadisədir.

Bu fikri “Czech Trade Baku” Çexiya milli stendinin rəhbəri İrji Lukaş AzərTAc-a müsahibəsində səsləndirib. Onun sözlərinə görə, bu sərgi görülmüş işlərin böyük həcmini və əldə olunmuş uğurları nümayiş etdirir, ekologiya sahəsində fikir mübadiləsi aparmaq, ekolojı texnologiyalara ehtiyacı olan ölkələrlə əməkdaşlığı tənzimləmək üçün şərait yaradır. “CTE-2014” sərgisində ölkəmizi on şirkət, o cümlədən “ANTARES-AZV LTD”, “PERICULUM”, “VARO LTD”, “MAEP LTD” və başqa şirkətlər təmsil edir. Bu şirkətlər eroziyanın təsirinə davamlı materiallar, hidroizolyasiya sistemləri, müxtəlif növ qazlardan əmələ gələn tüstünü emal edən sistemlər, tikinti xərclərini azaltmağa və materialın dağılma müddətini uzatmağa kömək edən geotekstil borular, geosintetik izolyasiyalı bentonit materiallar, vakuum nasosları, pnevmatik domkratlar, tozvari material və mayenin daşınması üçün mobil qablaşdırma sistemləri, asfalt örtük üçün kompozit materiallar, tullantıların yandırılması sistemləri və paslanmayan poladdan hazırlanan qurğular nümayiş etdirirlər.

AzərTac.az