Novruz Məmmədov: Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır
Qərbdə və Avropada bəziləri asanlıqla ermənilərin təsiri altına düşərək mövqe bildirirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.
PA rəsmisi deyib ki, erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır: “Təəssüf ki, həmsədrlərin mövqelərində də bu, özünü vaxtaşırı büruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”.
Trend.az