Ebolaya görə məcburi qan analizi götürüləcək
Yaponiya parlamentinin aşağı palatasın Ebola virusu və ya quş qripinin digər formaları ilə bağlı şübhə yaranarsa, insanlardan məcburi qaydada qan analizi götürməyə imkan verən qanun qəbul edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun könüllü surətdə qan verməkdən imtina edənlərə qarşı tətbiq ediləcək. Sənəd bəzi hallarda insanların məcburi qaydada xəstəxanaya yerləşdirilməsini də nəzərdə tutur.
Qanun 2016-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Trend.az