Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 17-dən 18-dək Türkiyənin Ankara şəhərində Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, daha sonra isə İstanbul şəhərində Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.
Bundan əlavə, noyabrın 17-dən 21-dək Almaniyanın Oberammerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Trend.az