BŞİH Milli Şuranın mitinqinin tarixi ilə bağlı yanlışlığa aydınlıq gətirdi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinin tarixinin dəyişməsi barədə məsələyə aydınlıq gətirib.
BŞİH-dən Trend-ə verilən məlumata görə, Milli Şuradan BŞİH-ə ünvanlanmış müraciətdə mitinq üçün noyabrın 9-10-u tarixləri göstərilib. BŞİH müracəti araşdıraraq, mitinqin noyabrın 9-da keçirilməsinə razılıq verib.
Milli Şura isə rəsmi məktuba baxmadan, mətbuata noyabrın 10-da mitinq keçiriləcəyi barədə məlumatlar verib.
Trend.az