“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

Posted by

“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

“Emerson Process Management” şirkətinin vitse-prezidenti Bakı Ali Neft Məktəbində olub

“Emerson Process Management” şirkətinin Marketinq və Tətbiqi Texnologiya üzrə vitse-prezidenti Trevis Heskesi Bakı Ali Neft Məktəbində (BANM) olub və əməkdaşlıq proqramı çərçivəsində ali məktəbin rəhbərliyi, müəllim-professor və tələbə heyətinin qarşısında təqdimatla çıxış edib.

 

Bakı Ali Neft Məktəbindən APA-ya verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov ingilisdilli yüksək səviyyəli mütəxəssislərin hazırlanması Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd edib ki, buna misal məktəbin yaradılması, xarici neft-qaz şirkətlərlə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssisləri BANM-də tədris prosesinə cəlb edilməsidir. Keçirilən tədbirin “Emerson” şirkəti ilə əməkdaşlıq proqramının həyata keçirilməsinin ilk praktik addım olduğunu iştirakçıların diqqətinə çatdıraraq, rektor qeyd edib ki, bu əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.

 

Öz növbəsində “Emerson Process Management” şirkətinin vitse-prezidenti Trevis Heskesi bildirib ki, Ali Məktəbin tələbələri Azərbaycanın ən şanslı və gələcəyi parlaq insanlarıdırlar.

 

T.Heskesi çıxışında həmçinin qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir.

 

Daha sonra Trevis Heskesi BANM-in rəhbərliyi, müəllim-professor heyəti və tələbələr qarşısında proseslərin avtomatlaşdırılması üzrə mütəxəssislərin sənaye müəssisələrində rolu və hədəflərin, “Emerson” şirkətinin beynəlxalq fəaliyyəti, rəqəmli idarəetmə arxitekturası (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadəsi, texnoloji proseslərin təhlükəsiz idarə edilməsi haqqında geniş təqdimatla çıxış edib.

 

Təqdimatdan dərhal sonra “Emerson” şirkətinin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

 

2014-cü ilin iyul ayının 8-də BANM və “Emerson” şirkəti biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə əməkdaşlıq haqqında razılaşma əldə olunub.

 

APA.az