Seulda “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilib

Posted by

Seulda “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilibSeulda “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilib

Seulda “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilib

Seul şəhərində Koreya Fondunun “Avrasiya Mühazirələri Seriyası” proqramı çərçivəsində “Şərq və Qərb arasında kəsişmə: Azərbaycan” mövzusunda tədbir keçirilib. Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə səfirliyin birinci katibi F.Cumayev tərəfindən tədbir iştirakçılarına mühazirə oxunub.

 

Koreya Fondunun baş qərargahında təşkil olunmuş mühazirədə 60-dək Koreyanın qabaqcıl Universitetlərinin müəllim və professor heyəti, yerli mədəniyyət və turizm təşkilatlarının və kiçik və orta müəssisələrin nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.

 

Mühazirə zamanı Azərbaycan iqtisadiyyatının inkişaf meylləri və investisiya mühiti, ölkəmizin əsas sənaye sahələrinin inkişaf səviyyəsi, neft və qeyri-neft sahələrində həyata keçirilən və nəzərdə tutulan yeni irimiqyaslı layihələr barədə məlumat verilib, bu sahələrdə həyata keçirilən islahatlar nəticəsində ölkəmizin regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrildiyi bildirilib.

 

Bundan əlavə, xarici siyasətin əsas vəzifəsi olan Ermənistan-Azərbaycan münaqişəsi, işğal olunmuş ərazilərdə vəziyyət, eləcə də bu təcavüz nəticəsində ölkəmizə dəymiş maddi və mənəvi ziyan və münaqişənin Cənubi Qafqaz regionunun sabitliyinə və inkişafına törətdiyi maneələr barədə məlumat verilib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn prinsip və normalarına uyğun həllinin vacibliyi diqqətə çatdırılıb.

 

Daha sonra Azərbaycan-Koreya münasibətlərinə toxunularaq 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu, Koreya və Azərbaycan Prezidentlərin qarşılıqlı səfərlərindən sonra fəal ikitərəfli əməkdaşlığın başlandığı qeyd olunub.

Həmçinin Cənubi Koreyanın Azərbaycan üçün önəmli tərəfdaş olduğu, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi, təhsil, humanitar və İKT sahələrində uğurla inkişaf etdirildiyi, bu və digər sahələrdə əməkdaşlıq üçün geniş potensialın olması bildirilib.

 

Mühazirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Azərbaycan haqqında qısa metrajlı video çarx nümayiş etdirilib.

 

APA.az