Ombudsman Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edir

Posted by

Ombudsman Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edirOmbudsman Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edir

Ombudsman Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edir

“Son illər Azərbaycanda boşanma hallarının sayı artıb. Boşanmalardan ilk növbədə uşaqlar və qadınlar əziyyət çəkirlər”.

 

“APA-Economics” xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirəsi zamanı ombudsman Elmira Süleymanova deyib.

 

Ombudsman bildirib ki, boşanmalardan sonra xüsusilə alimentlərin verilməsində ciddi problemlər yaranır.

 

“Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər. Ona görə də hesab edirəm ki, Azərbaycanda aliment fondu yaradılmalıdır. Çünki, bu halda həmin məbləğin məcburi alınması mümkün ola bilər. Dövlətimizin maliyyə imkanları da belə bir fondun yaradılmasına imkan verir”, – deyə ombudsman bildirib.

 

Apa.az