Azərbaycan prezidenti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıbAzərbaycan prezidenti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az