Azərbaycanda qanuni fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin sayı açıqlandı
Azərbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-ə, turizm şirkətlərinin sayı isə 266-ya çatıb.
Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, oktyabr ayı ərzində 3 mehmanxana və mehmanxana tipli obyektə lisenziya verilib. Onlar “Four Seasons Hotel Baku, Azerbaijan” mehmanxanası (Bakı şəhəri), “Karvan” mehmanxanası (Qəbələ şəhəri) və “Park Hyatt” mehmanxanasıdır (Bakı şəhəri).
Oktyabr ayında 4 şirkətə isə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilıb. Onlar “Europe Travel Assistance”, “Delta Group LTD”, “ORİENT TRAVEL” və “Crystal Entertainment” MMC-lərdir.
Trend.az