Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.
Bu barədə AzərTAc-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda bildirilir ki, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
AzərTac.az