Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir

Posted by

Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədirAzərbaycanın daxili işlər naziri İsraildə səfərdədir

Azərbaycanın daxili işlər naziri İsraildə səfərdədir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.

Bu barədə AzərTAc-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

AzərTac.az