28 May – Respublika Günü Haaqada da qeyd edilmişdir

Posted by

28 May – Respublika Günü Haaqada da qeyd edilmişdir

28 May – Respublika Günü Haaqada da qeyd edilmişdir

28 May – Respublika Günü Haaqada da qeyd edilmişdir

Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi 28 May – Respublika Günü ilə əlaqədar tədbir keçirmişdir.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü Haaqa şəhərində yerləşən Nizami Gəncəvi adına Haaqa Azərbaycan məktəbində bir neçə türkdilli dərnəyin təmsilçiləri ilə birgə qeyd edilmişdir. Bayram tədbirində Hollandiya Türk Federasiyası, Hollandiya Balkan Türkləri Dərnəyi, Hollandiya Türkmən Dostluq Dərnəyi, Hollandiya Kərkük Türkləri Dərnəyi, Hollandiya Noqay Türkləri Dərnəyinin rəhbərləri və üzvləri iştirak etmişlər.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirmişdir ki, builki Respublika Gününü digər diaspor təşkilatları ilə birgə keçirmək təklifini türkmən, noqay, uyğur, kərkük, əfqan, Balkan türkləri məmnuniyyətlə qəbul etmişlər. Tədbir iştirakçılarına 1918-ci ildə müsəlman Şərqində ilk dəfə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verilmişdir. Çıxış edənlər, həmçinin SSRİ-nin süqutundan sonra – 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə keçdiyi inkişaf yolundan bəhs etmişlər.

Tədbirdə Hollandiya Türk Federasiyasının rəhbəri Murat Gedik, Hollandiya Balkan Türkləri Dərnəyinin rəhbəri Eli Sayhan, Hollandiya Türkmən Dostluq Dərnəyinin rəhbəri Mengi Rəhimi, Hollandiya Kərkük Türkləri Dərnəyinin rəhbəri Dəniz Teymur Bayatlı, Hollandiya Noqay Türkləri Dərnəyinin rəhbəri Orhan Dəmirçi də çıxış edərək bütün türkdilli xalqlara birlik arzulamış və belə tədbirlərin keçirilməsinin önəmini vurğulamışlar.

Rəsmi hissə bitdikdən sonra məktəbin şagirdləri Azərbaycan Respublikasının dövlət himnini oxumuş, milli rəqslərimizi ifa etmiş, Səməd Vurğunun “Azərbaycan” şeirini söyləmişlər.

 

AzərTac.az