1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi keçirilir

Posted by

1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi keçirilir1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi keçirilir

1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi keçirilir

Bugün 1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə keçirilən alman-fransız anma həftəsi ilə əlaqədar olaraq Fransanın və Almaniyanın Azərbaycandakı səfirliklərinin birgə mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qeyd edib ki, birinci dünya müharibəsi 20-ci əsrin ən böyük faciəsidir. Səfir qeyd edib ki, o zaman müharibə şəraitində olan Almaniya və Fransa arasında hazırda dostluq və tərəfdaşlıq münasibətləri var: “Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox gözəl əməkdaşlıq edirik”.

 

Fransa səfiri Paskal Monye də tədbirdə çıxış edərkən bildirib ki, 100 il bundan öncə başlayan 1-ci dünya müharibəsində 72 ölkə iştirak edib və çox sayda insan öz həyatını itirib. Səfirin sözlərinə görə, bu müharibə nəticəsində 18 milyon insan həyatını itirib.

 

Səfir bildirib ki, müharibə çox ağrılı məsələdir:”Bizim əsas mesajımız sülh və barışıqdır”.

 

Qeyd edək ki,1-ci dünya müharibəsinin 100 illik il dönümü münasibətilə alman-fransız anma həftəsi çərçivəsində silsilə tədbirlər keçiriləcək.

 

Trend.az