Yanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilib

Posted by

Yanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilibYanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilib

Yanğından zərərçəkənlərə səyyar poçt xidməti göstərilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin 6 saylı poçt filialı tərəfindən Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı yanğında zərərçəkənlərə səyyar poçt xidməti göstərilib.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xüsusi modernləşdirilmiş avtomobil vasitəsi ilə təqdim edilən mobil poçt xidmətindən yanmış binanın sakinlərinə teleqramların ötürülməsi, məktub və banderolların qəbul edilib yola salınması kimi poçt xidmətləri təqdim edilib. Bundan əlavə, “Mobil xidmət” vasitəsilə bina sakinləri poçt xidmətlərindən başqa maliyyə xidmətlərindən də istifadə edə biliblər. Bu məqsədlə nəqliyyat vasitəsində POS-terminal quraşdırılıb, sakinlər kompyuterlə təchiz edilib, sistem avadanlığı şəbəkəyə qoşulub.

 

“Azərpoçt” MMC-nin xüsusi təyinatlı mobil xidmət avtomobillərinin fəaliyyəti fövqəladə hallar zamanı, poçt xidmətlərinin istifadəsinin mümkün olmadığı şəraitdə nəzərdə tutulub. Belə bir xidmət Kür daşqınları zamanı fövqəladə vəziyyətin hökm sürdüyü yaşayış məntəqələrində təqdim olunub. Bundan başqa, səyyar poçt xidmətləri ehtiyac yaranan istənilən rayonda da göstərilir. Gələcəkdə hər regional filiala ilkin olaraq, belə bir avtonəqliyyat maşınının alınıb verilməsi nəzərdə tutulur. Həmin regionlarda ehtiyac duyulan ərazilərdə əhaliyə poçt xidmətləri göstəriləcək.

 

AzərTac.az