Azərbaycanın xarici işlər naziri Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Posted by

Azərbaycanın xarici işlər naziri Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşübAzərbaycanın xarici işlər naziri Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Moskvada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Rusiyanın TASS informasiya agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

 

“İşgüzar nahar” formatında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS-ın baş direktoru Sergey Mixalkov, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin, “Russia Tuday” telekanalının baş direktoru Aleksey Nikonov, “İnterfaks” agentliyinin baş direktorunun müavini Aleksey Qorşkov və başqaları iştirak ediblər.

 

Azərbaycanın xarici işlər naziri Rusiya KİV-lərinin nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə danışıqların nəticələri, səfər çərçivəsində görüşlər, Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

 

E.Məmmədyarov birinci Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanda görülən işlərdən də danışıb.

 

Sonra E.Məmmədyarov Rusiya Federasiyasının nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərlərinin suallarına cavab verib.

 

AzərTac.az