Türkiyənin İzmit şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Posted by

Türkiyənin İzmit şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Türkiyənin İzmit şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilibTürkiyənin İzmit şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyənin İzmit şəhərində “Qarabağ Təbliğat Turu” çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.

APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Kültür Evində keçirilən tədbirdə Türkiyə-Azərbaycan dərnəkləri federasiyasının başqanı Bilal Dündar Türkiyə-Azərbaycan mədəniyyətinin təbliği, Ermənistanın Azərbaycana təcavüzü və Qarabağ münaqişəsi barədə çıxış edib. O qeyd edib ki, Qarabağ probleminin həllində Türkiyə Azərbaycanın yanındadır və bu problemin həlli, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində səylər göstərir.

Öz növbəsində QAT sədri Akif Nağı bildirib ki, hazırda Azərbaycan üçün yeganə problem Qarabağ münaqişəsidir. Onun sözlərinə görə, bu problemin həllində Türkiyənin Azərbaycana dəstək olmasına böyük ehtiyac var. A. Nağı Türkiyə ilə Qarabağ münaqişəsinin həlli istiqamətində əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıb.

Milli Mədəniyyətin Təbliği ictimai birliyinin sədri Jalə Cəfərova isə çıxışı zamanı qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyət abidələri vəhşicəsinə dağıdılır və bu gün Qarabağda tarixi abidələrimizin qorunmasında Türkiyə ilə müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir.

Sonra Azad Qarabağ Uğrunda Alyansın üzvləri Kartəpə bələdiyyə başqanı Şükrü Karabalık və Kocaeli bələdiyyə başqanının vəkili Zekeriya Özak, Kocaeli valisi Ərcan Topaca Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı müzakirələr aparıb.