Jurnalist-QHT Koalisiyası prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamışdır

Posted by

Jurnalist-QHT Koalisiyası prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamışdır

Jurnalist-QHT Koalisiyası prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamışdırJurnalist-QHT Koalisiyası prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamışdır

Sentyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamışdı.
AzərTAc xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında monitorinqin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində aparıldığı diqqətə çatdırılmışdır.
Tədbirdə layihənin rəhbəri Seymur Verdizadə gördükləri işlər haqqında danışmışdır. Bildirmişdir ki, layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti postuna seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə yardım göstərməkdir.
Onun sözlərinə görə, monitorinqin ilkin mərhələsinin nəticələri göstərir ki, prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartlara uyğun keçməsi üçün bütün zəruri hazırlıqlar görülmüş, seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılmışdır. Jurnalist-QHT Koalisiyası hesab edir ki, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıqla bağlı görülən tədbirlər, seçkilərin ədalətli, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsinə imkan yaradır. Monitorinq zamanı KİV-lərin, jurnalistlərin sərbəst fəaliyyətinə, prezident seçkiləri ilə bağlı proseslərin işıqlandırılması, informasiyaya çıxış imkanları ilə bağlı hansısa məhdudlaşdırıcı müdaxilələrin qeydə alınmadığı vurğulanmışdır.