TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

Posted by

TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

 

TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

TQDK: Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahan prosesi nəzarətdə saxlanılıb.

 

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

 

Apa.az