Bakı Hüquq Mərkəzi “ASAN xidmət” mərkəzlərində peşəkar hüquqi yardım xidməti göstərəcək

Posted by

Bakı Hüquq Mərkəzi "ASAN xidmət" mərkəzlərində peşəkar hüquqi yardım xidməti göstərəcək

 

Bakı Hüquq Mərkəzi “ASAN xidmət” mərkəzlərində peşəkar hüquqi yardım xidməti göstərəcək

Bakı Hüquq Mərkəzi "ASAN xidmət" mərkəzlərində peşəkar hüquqi yardım xidməti göstərəcək

 

“ASAN xidmət” mərkəzlərinin göstərdiyi xidmətlərdən biri də hüquqi yardım xidmətləridir. Bu cür xidmətlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin, izahatlar və arayışların verilməsi, məhkəmələrə iddia ərizələrinin verilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi və ümumilikdə, vətəndaşların müraciətləri əsasında digər növ hüquqi yardım xidmətlərinin göstərilməsi də aiddir.

Bu günlərdə hüquqi yardım xidmətlərinin siyahısına daha biri əlavə olunub. Artıq, “ASAN xidmət” mərkəzlərinə hüquqi yardım üçün müraciət edən vətəndaşlar peşəkar vəkillər və hüquqşünaslar vasitəsilə məhkəmələrdə, digər dövlət və qeyri-dövlət orqanlarında təmsil oluna biləcəklər.

Bakı Hüquq Mərkəzindən Trend-ə verilən məlumata görə, 2001-ci ildə təsis edilmiş, Azərbaycanın ən nüfuzlu və qabaqcıl hüquq şirkətlərindən biri və eyni zamanda, şirkətdə çalışan hüquqşünasların sayına görə Azərbaycanda ən böyük hüquq şirkəti olan “Bakı Hüquq Mərkəzi” MMC hüquq sahəsindəki çoxillik təcrübəsinə və hüquqşünaslarının peşəkarlığına güvənərək “ASAN xidmət” mərkəzlərində vətəndaşlara hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə vacib missiyanı öz vəsaitləri və peşəkar kadr potensialı hesabına həyata keçirməyi öz üzərinə götürüb.

Bakı Hüquq Mərkəzi tərəfindən “ASAN xidmət” mərkəzlərində əhaliyə göstərilən hüquqi yardım xidmətlərinin əsas məqsədi vətəndaşların hüquqlarının səmərəli müdafiəsinə şərait yaratmaqdan, onların hüquqi xidmətlərdən faydalanması imkanlarını asanlaşdırmaqdan, müxtəlif məhkəmə instansiyalarına çıxışlarına dəstək verməkdən, əhalinin qarşılaşdığı hüquqi problemlərin həllinə yardım göstərməkdən, o cümlədən korrupsiya ilə mübarizə sahəsində aparılan islahatlara dəstək verməkdən ibarətdir.

“Bakı Hüquq Mərkəzi” MMC tərəfindən “ASAN xidmət” mərkəzlərində göstərilən hüquqi yardım xidmətlərinə görə müəyyən edilmiş haqq münasib olmaqla istənilən əhali qrupuna peşəkar hüquqi yardım xidmətlərindən bəhrələnmək imkanı yaradıb.

 

Trend.az