TQDK ali məktəblərə sənəd vermək və sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlərə müraciət edib

Posted by

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə sənəd vermək və sınaq imtahanlarına yazılmaq istəyən abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, artıq virtual ödəmə kartlarını SMS-lə də əldə etmək olar. Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər bütün mobil operatorlardan 7725 nömrəsinə SMS göndərməlidirlər. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməlidirlər.

TQDK virtual ödəmə kartlarında göstərilən məlumatları itirməməyi və məxfi saxlamağı tövsiyə edir. Ödəmə kartı əldə etmiş, lakin iş nömrəsi və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq əldə edə bilərlər. “Elektron ərizə vermək üçün odəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.

“Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək lazımdır.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Trend.az