Tələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcək

Posted by

Tələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcəkTələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcək

Tələbələrə 300-dən çox vakant iş yerı təqdim ediləcək

Təhsil Nazirliyi Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tələbələr üçün sabah keçiriləcək Əmək Yarmarkasında ölkədə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və yerli şirkət tərəfindən 300-dən çox vakansiya təqdim ediləcək.

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyilə təşkil olunan yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda, magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradacaq.

 

Yarmarkada iştirak etmək üçün ölkənin ali təhsil müəssisələrini təmsil edən 2700-dən çox tələbə qeydiyyatdan keçib.

 

Bu dəfəki Əmək Yarmarkası əvvəlkilərdən fərqli olacaq. Belə ki, yarmarkada iştirak etmək istəyən tələbələrin CV-ləri əvvəlcədən xüsusi yaradılmış sayta yerləşdirilib. Şirkətlər CV-lərə baxaraq vakansiyalarına uyğun tələbəni müəyyənləşdiriblər. Onlarla Əmək Yarmarkasında görüş təyin edilib. Başqa sözlə, yarmarkaya gələn tələbə burada kiminlə və hansı vakansiyanı tutmaq üçün görüşəcəyini əvvəlcədən bilir.

 

Trend.az