Tehranda Azərbaycan və İran parlamentlərinin sədrləri arasında görüş keçirilib

Posted by

Ötən gün Tehranda Azərbaycan və İran parlamentlərinin sədrləri arasında görüş keçirilib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, görüş Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 9-cu sessiyası çərçivəsində baş tutub.

Əli Laricani bildirib ki, rəsmi Tehran İran və Azərbaycan arasındakı tarixi və mədəni ortaqlıqları nəzərə alaraq, iki ölkənin əlaqələrinin inkişafına böyük əhəmiyyət verir: “Biz hesab edirik ki, iki ölkənin rəhbərliyi arasında davamlı danışıqlar və fikir mübadiləsi aparılmalıdır. Azərbaycanla İran arasında siyasi sahədə və parlamentlərarası əlaqələrin inkişafından başqa, iki ölkənin iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığının genişləndirilməsi üçün bütün imkanlardan yararlanmaq lazımdır”.

Oqtay Əsədov isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla İran arasında iqtisadiyyat və ticarət sahələrindəki əlaqələrin genişləndirilməsini alqışlayır. O, İƏT Pİ-nin 9-cu sessiyasının müvəffəqiyyətli keçməsi münasibətilə İranı təbrik edib. O.Əsədov həmçinin iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və İran parlamentlərarası dostluq qruplarını fəaliyyətlərini daha da gücləndirməyə çağırıb.

Apa.az