Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaq

Posted by

Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaq

Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaq

Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaq

“Xocalıya Ədalət” Kampaniyasının təşəbbüsü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İman Kərimov Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 gənclə görüş keçiriblər.

 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Xocalı soyqırımının 22-ci ildönümünə təsadüf edən görüş gənclərin “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat Kampaniyasına müraciəti əsasında baş tutub. Görüş zamanı DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş ən qatı cinayətlərdən olan Xocalı soyqırımı təkcə xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir hadisədir. E. İskəndərov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlər artıq beynəlxalq ictimayyət tərəfindən tanınmaqdadır: “Bu illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq təbliğat-təşviqat Kampaniyası çərçivəsində bu səpkidə bir sıra mühüm işlər görülüb. Nəticədə artıq bir sıra ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınıb. Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək”

 

Görüşdə Kampaniya çərçivəsində Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş gənclərin sosial problemlərinin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib. Qeyd olunub ki, gənclərin işlə təmin edilməsi, o cümlədən sosial həyatda, ictimaiyyətdə daha möhkəm mövqe tutması üçün Kampaniya tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Kampaniyanın “Sosial həmrəylik” layihəsi çərçivəsində bir sıra gənclərin dini icmalar tərəfindən qəyyumluğa götürüləcəyi qeyd edilib.

 

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə bildirib ki, rəhbərlik etdiyi qurumla “Xocalıya ədalət” Kampaniyası arasında həyata keçirilən “Sosial həmrəylik” layihəsi çərçivəsində Xocalı gəncləri “ASAN xidmət” mərkəzlərində işlə təmin olunacaqlar. Bundan əlavə, Kampaniya çərçivəsində 25 gəncin sosial problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara müraciət ediləcək.

 

Qafqazinfo.az