Soma faciəsi səbəbindən Türkiyədə 28 May – Respublika Günü ilə bağlı tədbirlər ləğv olunub
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Respublika Günü münasibətilə planlaşdırılan tədbirləri ləğv ediblər.
Azərbaycanın Türkiyədəki səfirlikyindən Trend-ə verilən məlumata görə, Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş vermiş faciə səbəbindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəlik və konsulluqları 28 May – Respublika Günü münasibətilə Ankara, İstanbul və Qars şəhərlərində planlaşdırılan rəsmi qəbul və şənlik tədbirlərini ləğv ediblər.
Qeyd olunan tədbirlərə ayrılmış vəsait Soma faciəsi nəticəsində həlak olmuş insanların yaxınlarına bağışlanacaq.
Xatırladaq ki, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub, 486 fəhlə isə yaralanıb.
Trend.az