Ombudsman Aparatının əməkdaşları şagirdin döyüldüyü iddia edilən internat məktəbinə baş çəkiblər

Posted by

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli preventiv qrupunun (MPQ) üzvləri Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 saylı xüsusi internat məktəbinə başçəkmə həyata keçiriblər. MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd qeyd edilən müəssisədə 2-ci sinif şagirdi Nahid Cavadovun döyülməsi barədə mətbuatda yayılmış məlumatların araşdırılması olub.

Araşdırma zamanı MPQ üzvləri müəllimə tərəfindən döyüldüyü iddia olunan Cavadov Nahid Zaur oğlu, həmçinin onun sinif yoldaşları və müəllimlərlə söhbət aparıblar.

N.Cavadovla aparılmış təkbətək sohbət zamanı o, cümə günü (yəni 16 may 2014-cü il tarixdə) məktəbin sanitar qovşağına gedərkən ayağının sürüşdüyünü və bu zaman alın nahiyəsinin divara dəydiyini bildirib, hadisənin necə baş verdiyini MPQ üzvlərinə yerində göstərib.

N.Cavadovun sinif yoldaşları ilə söhbət zamanı onlar Nahidin yıxılması barədə onun özündən eşitdiklərini və məktəbin müəllimləri tərəfindən onlara qarşı münasibətin yaxşı olduğunu bildiriblər. N.Cavadovun tibb kitabçasına baxış zamanı onun həkim müayinəsindən keçirildiyi, səhhəti ilə bağlı şikayətinin olmadığı və bu barədə müvafiq qeydlərin aparıldığı müəyyən olunub.

Ombudsman məsələ ilə bağlı təhsil naziri M.Cabbarov ilə əlaqə saxlayıb. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırmanın aparıldığı məlum olub.

Trend.az