Səbail rayonunda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunmuşlar

Posted by

Səbail rayonunda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunmuşlar

Səbail rayonunda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunmuşlar

Səbail rayonunda Çernobıl əlilləri hər cür qayğı ilə əhatə olunmuşlar

Hər il aprel aynın 26-da MDB dövlətlərində, həmçinin Şərqi Avropanın bir sıra ölkələrdə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş və XX əsrin ən dəhşətli qəzalarından sayılan faciənin ildönümü qeyd olunur.

Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının ildönümü ilə bağlı aprelin 25-də rayon rəhbərliyinin qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüşü keçirilmişdir.

Mərasimdə çıxış edən Səbail Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurmuşdur. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst qalmışdır. Ukrayna və Belarusda 300 min nəfər öz yaşayış yerlərini tərk etmiş, İkinci Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan “Sarqofaq” əməliyyatına keçmiş SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdur. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə, Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdür.

Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan dəymişdir. Hadisədən artıq 28 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.

Vurğulanmışdır ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri Prezident İlham Əliyevin səyləri nəticəsində artırılmışdır. Hazırda əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Qeyd olunmuşdur ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-sı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri vaxt sanator müalicəsi ilə təmin olunurlar. Son iki il ərzində rayonda üç nəfər Çernobıl əlili mənzillə, bir nəfər minik avtomobili ilə təmin olunmuş, 40 nəfər isə sanatoriyaya göndərilmişdir. Cari bu ildə isə daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində çernobılçular üçün yaşayış binasının tikintisi minnətdarlıqla qarşılanmışdır.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunmuşdur.

 

AzərTac.az