“Böyük yeddilik” Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəlib

Posted by

Yeni sanksiyaların aprelin 28-də açıqlanacağı bildirilir

“Böyük yeddilik” (G7) ölkələri – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəliblər. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, G7 ölkələri gələn ay Ukraynada dinc seçkilərin keçirilməsinin təmin olunmasının zəruriliyini nəzərə alaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini qərara alıblar.

“Biz razılaşdıq ki, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqində sürətlə hərəkət edəcəyik. Gələn ay Ukraynada dinc seçkilərin təmin olunmasının vacibliyini nəzərə alaraq biz sanksiyaları gücləndirməyə hazırıq”, – deyə G7 ölkələrinin birgə bəyanatında deyilir.

Qeyd olunur ki, “Böyük yeddilik” Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı geniş sanksiyaların tətbiqinə hazırlaşır.

Ağ Ev ABŞ-ın tətbiq edəcəyi sanksiyaların aprelin 28-də hazır olacağını açıqlayıb. Konkret hansı sanksiyaların tətbiq olunacağı bildirilməyib.

Xatırladaq ki, G7 ölkələri daha əvvəl Rusiya hakimiyyətində təmsil olunan müxtəlif yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edib. ABŞ bundan əlavə, “Bank Rossiya”ya qarşı da sanksiyaya qərar verib.

Apa.az