İranın müdafiə naziri Azərbaycana səfər edəcək
İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: «Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir».
Apa.az