İranın müdafiə naziri Azərbaycana səfər edəcək

Posted by

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Səfər sentyabr ayına nəzərdə tutulur. Məlumata görə, İranın müdafiə naziri Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində də iştirak edəcək.

 

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin APA-ya açıqlamasında H. Dehqanın səfərinə hazırlıq getdiyini təsdiqləyib: «Səfər Azərbaycan tərəfinin dəvəti ilə gerçəkləşəcək. Hazırda səfərin dəqiq tarixi müəyyənləşdirilir».

 

Apa.az