ƏƏSMN: Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 40 minə yaxını üç və daha çox uşaqlıdır

Posted by

Hazırda Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 38 287-si üç və daha çox uşaqlıdır. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XII Bakı Beynəlxalq konfransında “Azərbaycanda qadın və uşaqların sosial müdafiəsi” mövzusunda çıxışı zamanı deyib.

İlqar Rəhimov bildirib ki, ünvanlı yardım alan ailələrdə yaşı 18-dək olan ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Bundan əlavə, bir sıra ailələrə müəyyən kateroriyalar üzrə müavinətlər də ödənilir: “Ünvanlı yardım təyin olunan ailələrdə 1 yaşınadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət ödənilir. Ailə başçısını itirmiş 39 342 nəfər uşaq aylıq müavinətlə təmin olunur. Bu il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Bu il mayın 1-nə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdir”.

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsindən danışan nazir müavini qeyd edib ki, hazırda ölkədə 63 mindən çox sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq var və onlara aylıq sosial müavinət ödənilir.

Trend.az