İran Azərbaycanla olan bəzi sərhəd-keçid məntəqələrini bağlayıb

Posted by

İran Azərbaycanla olan bəzi sərhəd-keçid məntəqələrini bağlayıb

İran Azərbaycanla olan bəzi sərhəd-keçid məntəqələrini bağlayıb.

İranın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi Trend-ə bildiriblər ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini bağlayıb. Buna səbəb kimi Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlaması olub.
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanmasını təsdiq edərək bəyan edib ki, Azərbaycan sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb.

Seyid Məhəmməd Ayətullahi deyib ki, Azərbaycan Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın bir yerdə bir traktora atəş açması faktına görə – xoşbəxtlikdən heç bir tələfat olmayıb – Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlamışdır ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb”.

O, əlavə etdi: “Beynəlxalq qanun və normalara əsasən adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə, iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır. Lakin İran tərəfininin istəyinə rəğmən Azərbaycan tərəfi müzakirələrdən boyun qaçırıb və Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb”.

İran səfirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, İran dövləti Azərbaycan sərhədçilərinin qeyri-adi əməli qarşısında iki gün dözüm nümayiş etdirdi və Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq və onları bu əməlindən daşındırmaq məqsədilə Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağladı.