Azərbaycan paytaxtının mərkəzi və ətrafında bir çox yaşayış obyektləri söküləcək

Posted by

Azərbaycan paytaxtının mərkəzi və ətrafında bir çox yaşayış obyektləri söküləcək

Azərbaycan paytaxtının mərkəzi və ətrafında bir çox yaşayış obyektləri söküləcəkAzərbaycan paytaxtının mərkəzi və ətrafında bir çox yaşayış obyektləri söküləcək

Bakı şəhərinin regional inkişaf planının təsdiqlənməsi prosesi artıq sonuncu fazadadır.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib: «Layihə artıq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub».

D.Dövlətxanov paytaxt ərazisində aparılacaq söküntü işlərinə də aydınlıq gətirib: «Bununla bağlı layihə təsdiq olunandan sonra qəti qərar veriləcək. Bakının inkişaf planında yaşayış üçün həm yeni ərazilərin salınması, həm də şəhərin mərkəzində bəzi ərazilərin sökülməsi nəzərdə tutulub. Əsasən Dövlət Dram Teatrının arxasından Elmlər Akademiyasına kimi az mərtəbəli və az qiymətli evlərin sökülməsi planlaşdırılır. Eyni zamanda, bulvardan başlayaraq yeni bir parkın salınması layihədə məsələsi var».

Komitə rəsmisi əlavə edib ki, hazırda Bakı şəhəri ərazisində elə yerlər var ki, oradakı tikililər əhalinin mövcud rifahına cavab vermir, infrastruktur layihələrinin icrasını mümkünsüz edir: «Bu, əsasən Xutor, Alatava deyilən ərazilərdir ki, oradakı tikililərin də sökülməsi labüddür. Daha bir istiqamət isə Ağ Şəhər deyilən yerdən Zığ istiqamətdədir. Gələcəkdə Ağ Şəhərdə 50 min nəfərin yaşaması planlaşdırılır. Bundan sonra isə oradan Zığa qədər olan ərazilərdə də sökülüb, yenidən massivin salınması məsələsi layihədə əksini tapıb».