Qazaxıstanın keçmiş Baş naziri ev dustağı edildi
Qazaxıstanın keçmiş Baş naziri və müdafiə naziri Serik Axmetov külli miqdarda büdcə vəsaitini oğurlamaqda ittiham edilir.
Trend-in “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu Karaqanda şəhərinin Kazıbekbi rayon məhkəməsinin mətbuat katibi Aliyə Joşeva deyib.
Daha əvvəl məhkum olmadığı və səhhəti nəzərə alınaraq, S.Axmetov ev dustağı edilib.
Trend.az