Əli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin sabiq və yeni rəhbəri ilə görüşdü

Posted by

Əli Həsənov  İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin sabiq və yeni rəhbəri ilə görüşdüƏli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin sabiq və yeni rəhbəri ilə görüşdü

Əli Həsənov  İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin sabiq və yeni rəhbəri ilə görüşdü

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Seyed Bahman Sobhanini və fəaliyyət müddəti başa çatmış sabiq rəhbər Məhəmməd Reza Neqqaşini qəbul edib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ötən həftə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqramı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirən Baş nazirin müavini Ə.Həsənov bildirib ki, hər iki ölkə və onların xalqları arasında bütün sahələrdəki tarixi münasibətlər bu gün nəinki mehriban qonşuluq, hətta əsl qardaşlıq və dostluq münasibətlərinin nümunəsinə çevrilib.

 

Böyük dövlətçilik tarixinə malik qonşu ölkənin daim Azərbaycanın yanında olduğu, ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın müvafiq dövlət və hökumət qurumları arasında əlaqələrin genişlənməsinə də şərait yaratdığı vurğulanan görüşdə bildirilib ki, İran hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir ki, bunları da xalqımız heç vaxt unutmayacaq. Qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllinə kömək məqsədilə bu gün də İran İslam Respublikası hökuməti tərəfindən ölkəmizdə fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin xətti ilə müxtəlif humanitar layihələr həyata keçirilir.

 

Bu baxımdan Cəmiyyətin Azərbaycan nümayəndəliyinin fəaliyyəti müsbət dəyərləndirilən görüşdə belə bir əminlik ifadə olunub ki, Azərbaycan hökuməti tərəfindən beynəlxalq humanitar təşkilatların sərbəst və şəffaf fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığından bu sahədə nəzərdə tutulmuş layihələr bundan sonra da uğurla həyata keçiriləcək.

 

Trend.az