Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
APA-nın məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı abidənin önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Apa.az