Obama Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir

Posted by

Obama Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir

 

Obama Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir

Obama Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir

 

 

ABŞ Prezidenti Barak Obama bəyan edib ki, Ukrayna ətrafında vəziyyətin yaxın vaxtlarda nizamlanacağına ümid edir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Obama Virciniyadakı şəxsi mülkündə seçkiqabağı ianə yığımı üzrə tədbirdə deyib: “Ola bilsin ki, biz sonrakı bir neçə gün və ya həftə ərzində gərginliyin azalmasına nail ola bildik. Lakin bu, gərgin vəziyyətdir və biz buna çoxlu vaxt sərf edirik”.

ABŞ Prezidentinin sözlərini onun mətbuat xidməti yayıb. Bununla yanaşı, Obama Rusiyanı “Ukrayna xalqına güc metodu ilə təsir etmək” cəhdində günahlandırıb.

Eyni zamanda, ABŞ Prezidenti Ali Radanın hakimiyyətdən kənarlaşdırdığı Viktor Yanukoviçin demokratik yolla seçildiyi faktı ilə razılaşıb. Lakin, Obamanın sözlərinə görə, Ukraynada bir çoxları Yanukoviçin dövlət başçısı səlahiyyətlərini yaxşı icra etdiyini hesab etmirdilər. ABŞ Prezidenti bildirib ki, Birləşmiş Ştatların Ukraynadakı hadisələrin inkişafında birbaşa əli olmayıb: “Ukraynada böhran onun [Yanukoviçin] sazişi imzalamamaq qərarı ilə bağlı idi. Bu saziş ölkə iqtisadiyyatını azacıq Qərbə tərəf yönləndirə bilərdi. Bu, nəzarət altından çıxdı və biz ilkin olaraq ölkə daxilində zorakılığın qarşısının alınmasında iştirak etdik və buna nail olduq”.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

 

Trend.az