Kür çayının aşağı hissəsində suyun səviyyəsi ötən ilə nisbətən azalıb

Posted by

Azərbaycanda bu il Kür cayının aşağı hissəsində suyun səviyyəsi ötən ilə nisbətən azalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ötən ilin dekabr, bu ilin yanvar-fevral aylarında Kürün səviyyəsində tərəddüdlər müşahidə edilib. Ümumilikdə isə bu il ərzində Kürün aşağı hissəsində – Sabirabad, Salyan, Neftçala rayonlarında suyun səviyyəsi ötən illə müqayisədə 40-50 sm azalıb: “Ancaq bunu anomal hal hesab etmək olmaz. Çünki belə hallar əvvəlki illərdə də müşahidə edilib”.

A.Verdiyev deyib ki, adətən, aprel, may, iyun aylarında respublikanın çaylarında gursululuq dövrü müşahidə edilir. Bununla əlaqədar Kürə tökülən çaylarda sululuq arta, bu isə öz növbəsində Kürün aşağı hissəsində suyun səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər.

Trend.az