Niger hökuməti Müəmmar Qəddafinin oğlunu Liviyaya təhvil verib
Niger hökuməti Liviyaya Müəmmar Qəddafinin oğlunu ekstradisiya edib.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Səadi Qəddafi artıq Tripoliyə gətirilib.
Hazırda onun polisdə dindirildiyi bildirilir.
Liviya rəsmiləri S.Qəddafinin mövcud qanunvericiliyə uyğun mühakimə olunacağını bildirirlər.
Apa.az