Azərbaycan Türkiyədən “Mızrak-U” hərbi helikopterləri almaq niyyətindədir

Posted by

Azərbaycan Türkiyədən "Mızrak-U" hərbi helikopterləri almaq niyyətindədir

 

Azərbaycan Türkiyədən “Mızrak-U” hərbi helikopterləri almaq niyyətindədir

Azərbaycan Türkiyədən "Mızrak-U" hərbi helikopterləri almaq niyyətindədir

 

Azərbaycan Türkiyədə hərbi sənaye sahəsində fəaliyyət göstərən “Roketsan” şirkətinin istehsalı olan “Mızrak-U” hərbi helikopterlərini almaq istəyir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Mızrak-U” hərbi helikopterlərini Azərbaycanla yanaşı, Pakistan da almaq niyyətindədir.

Qeyd edək ki, martın 3-də “Mızrak-U” seriyasının modernləşdirilmiş “Atak” hərbi helikopterlərinin uçuş və hədəfi məhv etmə sınaqları keçirilib və sınaqlar uğurla başa çatıb.

“Mızrak-U”nun “Atak” helikopterində tank əleyhinə raket sistemi quraşdırılıb. Yeni “Mızrak-U”nun raket sistemi 8 kilometrə qədər məsafədə hədəfləri vurmaq gücünə malikdir.

Helikopterlərin kütləvi istehsalına 2015-ci ildə başlanması nəzərdə tutulur.

 

Trend.az