Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozmaqda davam edir

Posted by

Ermənistan ordusunun bölmələri martın 5-də və 6-da gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmuşlar.

Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Kəngərli, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.

AzərTAc.az