Niderlandda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirilib

Posted by

Niderlandda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirilibNiderlandda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirilib

Niderlandda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin toplantısı keçirilib

Niderlandda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Haaqa şəhərində toplantısı keçirilib.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, “Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik” Cəmiyyətinin təşəbbüsü ilə keçirilən toplantının məqsədi Avropadakı erməni lobbisinin qondarma soyqırımı iddiaları ilə bağlı 2015-ci ildə gözlənilən təbliğat planlarına qarşı həyata keçiriləcək tədbirləri müzakirə etmək olub. Ermənilərin bu planlarına qarşı səmərəli mübarizə aparmaq üçün təşkilatların birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

Tədbirdə çıxış edən diaspor təşkilatlarının rəhbərləri bildiriblər ki, bədnam qonşularımız qondarma soyqırımı məsələsini vaxtaşırı gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz ölkələrinə cəlb etməyə çalışırlar.

Toplantıda “Avropa Azərbaycan Dostları Mәrkәzi”, “Niderland-Azərbaycan Odlar Yurdu”, “Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi” cəmiyyətləri, “Ana Vətən” – Niderland Azərbaycanlı Qadınlar Birliyi, “Niderlandda Azərbaycan Evi” təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

 

AzərTac/az