Çexiya parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Posted by

Çexiya parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblərÇexiya parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Çexiya parlamentinin nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Çexiya parlamenti Deputatlar Palatası sədrinin müavini Voytex Filipin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub.

AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Nümayəndə heyətinin üzvləri Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

 

AzərTac.az