Macarıstan XİN rəhbərinin Azərbaycana səfərinin proqramı

Posted by

Macarıstan XİN rəhbərinin Azərbaycana səfərinin proqramıMacarıstan XİN rəhbərinin Azərbaycana səfərinin proqramı

Macarıstan XİN rəhbərinin Azərbaycana səfərinin proqramı

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Azərbaycana səfərinin proqramı məlum olub. Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora çərşənbə günü Trend-ə deyib ki, P.Siyarto noyabrın 3-4-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Onun sözlərinə görə, nazirin səfər proqramına Azərbaycanın xarici işlər, iqtisadiyyat və sənaye, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirləri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri ilə görüş daxildir.

Səfir qeyd edib ki, P.Siyartonun Bakıda siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.

Nazir səfəri zamanı Azərbaycan Dillər Universitetində də olacaq və ali məktəbin rəhbərliyi və tələbələri ilə görüşəcək.

Bundan başqa, Macarıstan nümayəndə heyəti Bakıda olduğu müddətdə Macarıstan mədəniyyətinə həsr edilmiş tədbirdə iştirak edəcək.

 

Trend.az