Zəngilan rayonunun işğal günü anılıb

Posted by

Zəngilan rayonunun işğal günü anılıbZəngilan rayonunun işğal günü anılıb

Zəngilan rayonunun işğal günü anılıb

Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü anılıb.

APA-nın məlumatına görə, bu gün Zəngilan rayon İcra Hakimiyyəti və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanında olublar. Əvvəlcə ictimaiyyət nümayəndələri “Əbədi Məşəl” kompleksini, daha sonra Şəhidlər xiyabanında dəfn olunmuş zəngilanlı döyüşçülərin məzarlarını ziyarət ediblər.

Daha sonra Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində yerləşən Zəngilan rayon İcra Hakimiyyətinin binasında rayon sakinlərinin iştirakı ilə anım mərasimi keçirilib.

Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

Hazırda ermənilər rayon ərazisində qeyri-qanuni məskunlaşma aparırlar. Ərazidə Suriyadan və Livandan gələn erməni ailələri yerləşdirilib.

 

Apa.az