İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib

Posted by

İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edibİlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib

İlham Əliyev bir sıra ikitərəfli sənədləri təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Sudan Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Dövlət başçısının müvafiq sərəncam və fərmanları ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişə 2015-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Əlavə Protokol və Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Protokol da təsdiq edilib.

 

İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməsi barədə də sərəncam imzalayıb.

 

Trend.az