İlham Əliyev Yaponiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Posted by

İlham Əliyev Yaponiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib İlham Əliyev Yaponiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Yaponiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıldı, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində böyük iqtisadi inkişafa nail olunduğu vurğulandı, birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda təşkil olunmasının önəmi qeyd edildi, respublikamızda mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün yaradılan müasir şərait yüksək dəyərləndirildi.

 

Söhbət zamanı Azərbaycan-Yaponiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, informasiya- kommunikasiya texnologiyaları, turizm, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Trend.az